TARİX

Azərbaycan Minifutbol Federasiyası  29sentyabr 2017-ci iltarixində yaradılıb. Ölkəmizdə bu idman növünü inkişaf və təbliğ etmək məqsədilə yaradılan federasiya 2018-ci ildə Avropa və Dünya Minifutbol Federasiyalarına üzv olub. Bundan sonra Azərbaycanın milli komandası və klubları beynəlxalq minifutbol turnirlərində iştirak etmək imkanı qazanıblar.

Federasiyanın əsas məqsədlərindən biri də Azərbaycanda minifutbol komandaları, oyunçuları üçün müntəzəm rəqabət mühiti təmin edən və idmanı daha geniş auditoriyaya təbliğ edən milli çempionat təşkil etmək idi. Federasiyanın təşkilatçılığı ilə ilk ölkə çempionatı 32 komandanın iştirakı ilə 2018-ci ildə keçirilib. Bundan əlavə, federasiya Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edəcək milli komandanın yaradılması və ölkə minifutbolunu qlobal arenada tanıtmaq üçün də ciddi iş aparır.