“AZNUR” VƏ “BİRBAŞA BAKI” PLAY-OFF MƏRHƏLƏSİNDƏ
Bu gün minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsində mübarizəyə yekun vurulub. 2-ci gündə “AzNur” ilk oyununu keçirib.
Polşanın Varşava şəhərində keçirilən yarışda C qrupunda qərarlaşan və ilk matçda Fransanin “Piopio” klubunu 2:1 hesabı ilə məğlub edən “AzNur” bu dəfə meydan sahibləri “Qalport”la (Polşa) qarşılaşıb. Hesabda 0:2 geridə olan Rəcəb Fərəczadənin komandası əzmkar heç-heçə edib. Təmsilçimiz qrupda son oyununu “Andezit” (Ukrayna) xalları yarıya bölüb – 0:0. Bu nəticədən sonra təmsilçimiz qrup mərhələsini 3-cü pillədə başa vurub.
E qrupunda qərarlaşan Azərbaycan çempionu “Birbaşa Bakı” isə turnirdə İspaniyanın “Malaqa” klubu ilə 2:2 hesablı heç-heçə edib. Onlar ikinci oyunda “Livorno”ya (İtaliya) 3:1 hesabı ilə qalib gəliblər. Bakılılar son görüşü “BKMK Brno”ya (Çexiya) qarşı keçiriblər. Qarşılaşma 1:1 hesabı yekunlaşıb. Çempionumuz qrup ikincisi kimi pley-offa yüksəlib.
Minifutbol: Çempionlar Liqası
Qrup mərhələsi
6 sentyabr
C qrupu
12:00. “Qalport” (Polşa) – “AzNur” – 2:2
Qollar: Vüqar Rəhimov, 37. Rafiq Eyvazov, 40. – Brayan Olkiyeviç, 1. Makiyej Şlivenski, 17.
19:00. “AzNur” – “Andezit” (Ukrayna) – 0:0
1 | Qalport | 3 | 1 | 2 | 0 | 9-5 | 5 |
2 | Andezit | 3 | 1 | 2 | 0 | 7-3 | 5 |
3 | AzNur | 3 | 1 | 2 | 0 | 4-3 | 5 |
4 | Les Piopio | 2 | 0 | 0 | 2 | 2-7 | 0 |
E qrupu
14:00. “Livorno” (İtaliya) – “Birbaşa Bakı” – 1:3
Qollar: Müseyib Vəliyev, 13. Təmkin Xəlilzadə, 20. Eyyub Əfəndiyev, 27. – Alessandro Gianfrançi, 16.
21:00. “Birbaşa Bakı” – “BKMK Brno” (Çexiya) – 1:1
1 | Malaqa | 3 | 1 | 2 | 0 | 8-4 | 5 |
2 | Birbaşa Baku | 3 | 1 | 2 | 0 | 6-4 | 5 |
3 | BKMK Brno | 3 | 1 | 2 | 0 | 5-1 | 5 |
4 | Nottingem Livorno | 3 | 0 | 0 | 2 | 3-13 | 0 |