DÜNYA ÇEMPİONATI İLƏ ƏLAQƏDAR “FAN ZONA”NIN AÇILIŞI OLUB (FOTOLAR)
Xəbər verdiyimiz kimi mayın 21-dən iyunun 1-nə qədər Bakıda minifutbol üzrə dünya çempionatı təşkil olunacaq. Bununla əlaqədar mayın 15-də Dənizkənarı Bulvar ərazisində “Fan Zona”nın açılış mərasimi olub. Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən “YAŞAT” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə milli komandamızın üzvləri, şəhərimizin qonaqları iştirak ediblər. Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov burada iştirak edən minifutbol üzrə milli komandamızın üzvləri ilə görüşüb və onlara mötəbər yarışlarda uğurlar arzulayıb. Daha sonra şəhid övladlarına hədiyyələr təqdim olunub, sonda xatirə şəkli çəkdirilib. Qeyd edək Fan Zona mayın 31-nə qədər fəaliyyətini davam etdirəcək. Burada müxtəlif atraksionlar və əyləncə bölmələri təşkil olunacaq və zonanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat veriləcək. “Fan Zona”da azarkeşlər üçün müxtəlif müsabiqələr təşkil olunacaq, qaliblərə isə millimizin də oyunları daxil olmaqla, mundialın müxtəlif qarşılaşmalarına biletlər təqdim olunacaq.












Daha çox
AZƏRBAYCAN-QAZAXISTAN 3-2 (VİDEOİCMAL)
Minifutbol üzrə milli komandamız Avropa çempionatının 1/8 final mərhələsində Qazaxıstanı 3-2 hesabı ilə məğlub edib. Həmin oyunun videoicmalını sizə təqdim...
MİLLİMİZ YOXLAMA OYUNUNDA QƏLƏBƏ QAZANDI
Minifutbol üzrə milli komandamız Monteneqronun Herçeq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib. Təmsilçimiz Bosniya və Herseqovina...
ÇEMPİONLAR LİQASI VƏ AVROPA KUBOKUNUN KEÇİRİLƏCƏYİ ÖLKƏ MÜƏYYƏNLƏŞİB
Minifutbol üzrə EMF Çempionlar Liqası və Avropa Kubokunun keçiriləcəyi ölkə müəyyənləşib. Hər iki turnir İspaniyanın Kambrils şəhərinə həvalə olunub. Çempionlar...
“ZİRƏ”DƏN GÖZLƏNİLMƏZ MƏĞLUBİYYƏT, “BİRBAŞA BAKI” QALİB GƏLDİ (FOTOLAR)
Minifutbol üzrə Azərbaycan çempionatında 15-ci turun oyunlarına yekun vurulub. İkinci oyun günündə 4 qarşılaşma keçirilib. "Zirə" komandası gözlənilmədən "Sumqayıt"a məğlub...
ÖLKƏ ÇEMPİONATINDA 7-Cİ TURA YEKUN VURULUB (FOTOLAR)
Minifutbol üzrə ölkə çempionatında 7-ci tura yekun vurulub. Növbəti turun oyunları dekabrın 16-sı və 17-də keçiriləcək: Lerik Əvilə - Cənub...
LİDERLƏRDƏN NÖVBƏTİ QƏLƏBƏ (FOTOLAR)
Minifutbol üzrə ölkə çempionatında 6-cı tura yekun vurulub. Keçirilən 4 qarşılaşmada bu nəticələr qeydə alınıb: AZNUR - BUXAR 4-6 BİRBAŞA...
