BAKIDA “LEGENDS CUP” OYUNU KEÇİRİLİB (FOTOLAR)


Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç keçirilib. “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” arasında oynanılanq “Legends Cup” mayın 19-da Milli Gimnastika Arenasında təşkil olunub. “Neftçi 2000-lər”in baş məşqçiliyi Ağasəlim Mircavadova həvalə olunub. Onun rəhbərliyi altında Rəşad Sadıqov, Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahir Şükürov, Ruslan Abışov, Emin Quliyev, Rəşad Abdullayev, Hüseyn Məhəmmədov, Rail Məlikov, Samir Əliyev, Samir Ələkbərov, Bəxtiyar Musayev, Mahmud Qurbanov meydana çıxıblar. Kurban Berdıyevin baş məşqçi olduğu “Premyer-liqa məşqçiləri” komandasının heyətində isə Qurban Qurbanov, Elçin Rəhmanov, Elvin Məmmədov, Vaqif Cavadov, Ayxan Abbasov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Əfran İsmayılov, Yunis Hüseynov və Azər Bağırov, Samir Abasov, Fərhad Vəliyev, Elmar Baxşıyev yer alıb. “Legends Cup” turnirini izləyənlər arasında Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş da olub. Oyunda hesabı “Premyer Liqa məşqçiləri” açıblar. Əfran İsmayılov fərqlənib. “Neftçi 2000-lər”in heyətində isə Rəşad Sadiqov bərabərlik qolunun müəllifi olub. Penalti seriyasında daha dəqiq olan “Premyer Liqa məşqçiləri” 3:2 hesabı ilə qalib gəliblər. Qalib komandaya “Legends Cup” kuboku təqdim olunub. Mükafatları Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev təqdim ediblər. Qeyd edək ki, Bakıdakı dünya çempionatı mayın 21-də start götürəcək və iyunun 1-də başa çatacaq.

Previous post ELŞAD QULİYEV: “DÜNYA ÇEMPİONATINA TAM HAZIRIQ”
Next post “LEGENDS CUP” MATÇININ İCMALI (VİDEO)