DÜNYA ÇEMPİONATININ AÇILIŞ MƏRASİMİNDƏN (FOTOLAR)
Minifutbol üzrə dünya çempionatının açılış mərasimi dövlət himnimizin səsləndirilməsi ilə başladı. Sonra ölkəmiz haqqında musiqi və xüsusi işıq şousunun müşaiyəti ilə maraqlı bir səhnəcik göstərildi. Burada ritmik və həyəcanlı musiqi vasitəsi ilə rəqqasların nümunəvi ifası təqdim olundu. Açılış mərasimində xüsusi olaraq Bakıya dəvət olunmuş dünya freestyle sənətinin əfsanəsi Sean Qarnier topla möhtəşəm hərəkətlər nümayiş etdirdi. Azərbaycanın xalq artisti Aygün Kazımova və türkiyəli pop ulduzu Aleyna Tilkinin ifaları tədbirə əlavə rəng qatdı. Tədbirin sonunda turnirin rəsmi maskotu olan Maralzadə azarkeşlərə təqdim olundu. Qeyd edək ki, açılış mərasimindən sonra minifutbol üzrə milli komandamız mundialda ilk oyununu keçirdi. A qrupunda qərarlaşan futbolçularımız Bəhreyn seçməsi ilə qarşılaşdı. Qarşılaşmadan əvvəl millli komandamızın üzvləri Tural Nərimanov, Davud Karimi və Seymur Məmmədovun seçmə komandada karyeralarını başa vurmaları ilə əlaqədar təntənəli şəkildə yola salındı və onlara xüsusi mükafat təqdim olundu.





Daha çox
“BUXAR” SUMQAYIT AVROPA KUBOKU İLƏ VİDALAŞDI
Ölkəmizi EMF Avropa Kuboku turnirində təmsil edən "Buxar" Sumqayıt komandası turnirdə 3-cü oyununu keçirib. Komandamız Bosniya və Hersoqovinanın "Delinqs İkon"...
“BUXAR SUMQAYIT” AVROPA KUBOKUNA MƏĞLUBİYYƏTLƏ BAŞLADI
“Buxar Sumqayıt” EMF Avropa Kubokunda ilk oyununa çıxıb. Azərbaycan təmsilçisi İspaniyanın Kambrils şəhərində keçirilən turnirdə Polşanın “Aldak 422” komandası ilə...
“ZİRƏ” ÇEMPİONLAR LİQASINDA ÇIXIŞINI BAŞA VURDU
İspaniyanın Kambrils şəhərində minifutbol üzrə Çempionlar Liqası davam edir. Turnirdə son olaraq mübarizəni davam etdirən Azərbaycan çempionu “Zirə” də Çempionlar...
“ZİRƏ” ÇEMPİONLAR LİQASININ 1/4 FİNALINDA
“Zirə” minifutbol üzrə Çempionlar Liqasında 1/8 final oyununa çıxıb. Azərbaycan təmsilçisi bu raundda Monteneqronun “Sbbet” komandası ilə üz-üzə gəlib. Əsas...
“BİRBAŞA BAKI” VƏ “ZİRƏ” ÇEMPİONLAR LİQASININ PLAY-OFF MƏRHƏLƏSİNDƏ
Minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. Təmsilçilərimizdən “Aznur” mübarizəni dayandırıb. “Birbaşa Bakı” və “Zirə” komandaları isə turnirin...
“ZİRƏ” VƏ “BİRBAŞA BAKI” QALİB GƏLDİ, AZNUR MÜBARİZƏNİ DAYANDIRDI
"Birbaşa Bakı” minifutbol üzrə Çempionlar Liqasında ikinci matçını keçirib. Azərbaycan təmsilçisi E qrupunda Macarıstanın “Çikaqo Bandur” klubunu 3:0 məğlub edib....
