“ZİRƏ” VƏ “BİRBAŞA BAKI” QALİB GƏLDİ, AZNUR MÜBARİZƏNİ DAYANDIRDI
“Birbaşa Bakı” minifutbol üzrə Çempionlar Liqasında ikinci matçını keçirib. Azərbaycan təmsilçisi E qrupunda Macarıstanın “Çikaqo Bandur” klubunu 3:0 məğlub edib. Günün ikinci oyununda isə “Birbaşa Bakı” Slovakiyanın “Real Koxoliks” klubunu 2-0 hesabı ilə məğlubiyyətə uğradıb. “Zirə” də G qrupunda Çexiya təmsilçisi “Hanspaulka”ya 2:0 qalib gəlib. Ölkə çempionu ilk görüşündə Bosniya və Herseqovina təmsilçisi “Krayina” ilə heç-heçə etmişdi – 1:1. Bu oyunlardan sonra “Birbaşa Bakı” qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.
“Aznur” isə Çempionlar Liqasının qrup mərhələsində mübarizəni dayandırıb. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda F qrupunda son oyununu Macarıstanın “The Private Rooftop” kollektivinə qarşı keçirib. “Aznur” bu görüşdə 4:0 hesablı qələbə qazanıb. Azərbaycan təmsilçisinin qollarını Elməddin Hüseynzadə (7), Mirkamil Əliyev (11), Mehdi Rəsulov (14) və Pərviz Qaraxanov (33) vurublar. Qeyd edək ki, “Aznur” ilk iki oyununda Polşanın “Sokil” komandasına 0:2, İngiltərənin “Bukovina Badeuti” kollektivinə isə 2:3 hesabı ilə məğlub olub.
Daha çox
MİLLİMİZ İKİNCİ MATÇINDA QALİB GƏLDİ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən U-23 üzrə dünya çempionatında milli komandamız növbəti oyununu keçirib. Çexiya yığması ilə qarşılaşan futbolçularımız rəqibini...
MİLLİMİZ İLK OYUNDA HEÇ-HEÇƏ ETDİ
Xorvatiyanın Malıy Lojni şəhərində minifutbol üzrə U-23 dünya çempionatı start götürüb. 8 ölkənin iştirak etdiyi dünya çempionatında milli komandamız da...
“BUXAR” SUMQAYIT AVROPA KUBOKU İLƏ VİDALAŞDI
Ölkəmizi EMF Avropa Kuboku turnirində təmsil edən "Buxar" Sumqayıt komandası turnirdə 3-cü oyununu keçirib. Komandamız Bosniya və Hersoqovinanın "Delinqs İkon"...
“BUXAR SUMQAYIT” AVROPA KUBOKUNA MƏĞLUBİYYƏTLƏ BAŞLADI
“Buxar Sumqayıt” EMF Avropa Kubokunda ilk oyununa çıxıb. Azərbaycan təmsilçisi İspaniyanın Kambrils şəhərində keçirilən turnirdə Polşanın “Aldak 422” komandası ilə...
“ZİRƏ” ÇEMPİONLAR LİQASINDA ÇIXIŞINI BAŞA VURDU
İspaniyanın Kambrils şəhərində minifutbol üzrə Çempionlar Liqası davam edir. Turnirdə son olaraq mübarizəni davam etdirən Azərbaycan çempionu “Zirə” də Çempionlar...
“ZİRƏ” ÇEMPİONLAR LİQASININ 1/4 FİNALINDA
“Zirə” minifutbol üzrə Çempionlar Liqasında 1/8 final oyununa çıxıb. Azərbaycan təmsilçisi bu raundda Monteneqronun “Sbbet” komandası ilə üz-üzə gəlib. Əsas...
