AZƏRBAYCAN ÇEMPİONATININ PÜŞKATMA MƏRASİMİ KEÇİRİLİB
Minifutbol üzrə ölkə çempionatının püşkatma mərasimi keçirilib. Minifutbol üzrə 2026/27-ci il mövsümündə ölkə çempionatının püşkatma mərasimi keçirilib. Yeni mövsümdə 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Tədbirdə çıxış edən Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov ölkədə minifutbolun inkişafı, çempionatın səviyyəsinin yüksəldilməsi və milli komanda üçün istedadlı oyunçuların üzə çıxarılmasının əsas hədəflər olduğunu bildirib. O, milli komandanın bu il Avropa çempionatında qazandığı qələbəni qeyd edərək, uğurların davamlı olması üçün güclü yerli liqanın vacibliyini vurğulayıb. Həmçinin komanda rəhbərlərini futbolçulara, kollektivə və məşqçilərə daha peşəkar yanaşmağa çağırıb. Federasiyanın klublara dəstək göstərdiyini və yeni komandaların yaradılmasını təşviq etdiyini diqqətə çatdırıb. 2026/27-ci il mövsümündə minifutbol üzrə ölkə çempionatında aşağıdakı 12 komanda mübarizə aparacaq:
“Zirə”
“Aznur”
“Birbaşa Bakı”
“Atəşgah Suraxanı”
“Buxar” (Sumqayıt)
DİN İdman Cəmiyyəti
“Lənkəran”
U-23 yığması
“Qalaksi”
“Lerik Əvilə”
“Siyəzən”
“Star” (Bakı)
Püşkatmanın nəticələrinə əsasən ilk turda bu oyunlar olacaq:
I tur
“AzNur” – DİN-in idman cəmiyyəti
“Siyəzən” – “Star Bakı”
U-23 – “Lerik Əvilə”
“Zirə” – “Buxar” (Sumqayıt)
“Qalaxy” – “Birbaşa Bakı”
“Atəşgah Suraxanı” – “Lənkəran”
Tədbirin sonunda isə ötən mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb. “Zirə” komandasının üzvü Taleh Babayev xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, ölkə çempionatına noyabrın 4-də start veriləcək. Oyunlar Bakı Tennis Akademiyasının meydançasında keçiriləcək.















