“BİRBAŞA BAKI” 3-CÜ DƏFƏ AZƏRBAYCAN ÇEMNPİONU OLDU
Minifutbol üzrə ölkə çempionatında 2023/24 ci il mövsümünə yekun vurulub. 16 komandanın mübarizə apardığı ölkə çempionatının qalib və mükafatçıları müəyyənləşib. Yarışın həlledici qarşılaşmasında “Aznur” və “Birbaşa Bakı” komandaları görüşüb. Oyun “Birbaşa Bakı”nın 5:2 hesablı qələbəsi ilə nəticələnib. Beləliklə də “Birbaşa Bakı” ardıcıl 3-cü dəfə çempion adına layiq görülüb və ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. Ölkə çempionatının bürünc medalına isə “Odlar Yurdu” komandasına qalib gələn “Real”Bakı futbolçuları sahib çıxıblar. Qeyd edək ki, “Birbaşa Bakı” komandasının üzvləri Vəli Qafarov mövsümün ən yaxşı qapıçısı, Təmkin Xəlilzadə isə ən yaxşı futbolçusu adına layiq görülüb. Çempionatın ən məhsuldar futbolçusu isə 26 qolla “Zirə”nin futbolçusu Rəvan Kərimov olub.










Daha çox
MİLLİMİZ DÜNYA ÇEMPİONATINI 4-CÜ YERDƏ BAŞA VURDU (FOTOLAR)
Xorvvatiyanın Maliy Loşı şəhərində keçirilən U-23 üzrə dünya çempionatı başa çatıb. Yarışda iştirak edən milli komandamız 3-cü yer uğrunda qarşılaşmada...
MİLLİMİZ YARIMFİNAL MATÇINDA MƏĞLUB OLDU
Xorvatiyanın Malı Loşin şəhərindı keçirilən minifutbol üzrə U-23 dünya çempionatı davam edir. Yarışda mübarizə aparan milli komandamız bu gün yarımfinal...
MİLLİMİZDƏN NÖVBƏTİ QƏLƏBƏ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən minifutbol üzrə U-23 dünya çempionatında iştirak edən milli komandamız növbəti qələbəsini qazanıb. Slovakiya seçməsi ilə...
AZƏRBAYCAN MİLLİSİNDƏN NÖVBƏTİ QƏLƏBƏ
Xorvatiyanın Malıy Loş şəhərində keçirilən minifutbol üzrə U-23 dünya çempionatında yığmamız növbəti oyununa çıxıb. Birləşmiş Ərəb Əmirlikləri seçməsi ilə qarşılaşan...
MİLLİMİZ İKİNCİ MATÇINDA QALİB GƏLDİ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən U-23 üzrə dünya çempionatında milli komandamız növbəti oyununu keçirib. Çexiya yığması ilə qarşılaşan futbolçularımız rəqibini...
MİLLİMİZ İLK OYUNDA HEÇ-HEÇƏ ETDİ
Xorvatiyanın Malıy Lojni şəhərində minifutbol üzrə U-23 dünya çempionatı start götürüb. 8 ölkənin iştirak etdiyi dünya çempionatında milli komandamız da...
