MİLLİMİZ BOSNİYADA İLK MƏŞQƏ ÇIXDI – FOTOLAR

Minifutbol üzrə milli komandamız Avropa çempionatının final mərhələsində iştirak etmək üçün Bosniya və Hersoqovinanın Sarayevo şəhərindədir. Futbolçularımız artıq hazırlığa başlayıb və ilk məşqə çıxıblar. Qeyd edək ki, yığmamız ilk oyununu iyunun 2-si, saat 13:00-da Belçika millisinə qarşı keçirəcək. Komandamızın növbəti görüşü iyunun 3-ü saat 19:00-da İtaliyaya qarşı olacaq. Son olaraq Elşad Qulyevin yetirmələri iyunun 4-ü Fransa ilə qarşılaşacaq. 

Previous post MİLLİ KOMANDAMIZ SARAYEVODA – FOTOLAR
Next post AVROPA ÇEMPİONATININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB – FOTOLAR