MİLLİMİZ AVROPA ÇEMPİONATINA QƏLƏBƏ İLƏ BAŞLADI
Bosniyanın Sarayevo şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında milli komandamız ilk oyununu keçirib. F qrupunda mübarizə aparan Elşad Quliyevin yetirmələri qrup mərhələsinin ilk oyununda Belçika seçməsi ilə üz-üzə gəlib. Görüşdə rəqibindən üstün olan yığmamız rəqibini 3-0 hesabı ilə məğlub edib. Oyunda hesabı Vüsal İsayev açıb. İlk yarını minimal hesabda öndə tamamlayan millimiz ikinci hissədə üstünlüyünü artırıb. Bu dəfə Təmkin Xəlilzadənin ötürməsindən sonra yenə Vüsal İsayev fərqlənib 2-0. Bir qədər sonra Samir Həmzəyev üçüncü topun belçikalıların qapısından keçirib. Beləcə rəqibini 3-0 hesabı ilə məğlub edən milli komandamız Avropa çempionatına qələbə ilə başlayıb.
Daha çox
“ZİRƏ” VƏ “BİRBAŞA BAKI” QALİB GƏLDİ, AZNUR MÜBARİZƏNİ DAYANDIRDI
"Birbaşa Bakı” minifutbol üzrə Çempionlar Liqasında ikinci matçını keçirib. Azərbaycan təmsilçisi E qrupunda Macarıstanın “Çikaqo Bandur” klubunu 3:0 məğlub edib....
“BİRBAŞA” QALİB GƏLDİ, AZNUR MƏĞLUB OLDU, “ZİRƏ”DƏN HEÇ-HEÇƏ
Üç Azərbaycan klubu Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında mübarizəyə başlayıb. “Birbaşa Bakı” E qrupunda İngiltərənin “Ardeleni” komandasına 3:2 hesabı...
KLUBLARIMIZ ÇEMPİONLAR LİQASINDA İLK OYUNLARINI KEÇİRƏCƏK
Azərbaycanın minifutbol komandaları bu gün Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında növbəti oyunlarını keçirəcəklər. Gün ərzində Azərbaycan təmsilçilərinin iştirakı ilə...
NAXÇIVAN KUBOKU UĞRUNDA TURNİR BAŞA ÇATIB
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında...
KLUBLARIMIZIN ÇEMPİONLAR LİQASINDAKI RƏQİBLƏRİ BƏLLİ OLUB
Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq Azərbaycan komandalarının qrup mərhələsindəki rəqibləri bəlli olub. "Birbaşa Bakı" E qrupunda "Real Çoholiks" (Slovakiya),...
ORXAN MƏMMƏDOV DÜNYA MİNİFUTBOL FEDERASİYASININ PREZİDENTİ İLƏ GÖRÜŞÜB
Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşüb. Görüş zamanı minifutbolun inkişafı,...
