MİLLİMİZ AVROPA ÇEMPİONATINDA MÜBARİZƏNİ DAYANDIRDI
Minifutbol üzrə milli komandamız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb. 1/4 finalda Qazaxıstanla qarşılaşan millimiz məğlub olaraq turnirlə vidalaşıb. Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha güclü olan Qazaxıstan (7:6) millisi yarımfinala çıxıb. Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstana qalib gəlib – 3:1.
Daha çox
KLUBLARIMIZIN ÇEMPİONLAR LİQASINDAKI RƏQİBLƏRİ BƏLLİ OLUB
Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq Azərbaycan komandalarının qrup mərhələsindəki rəqibləri bəlli olub. "Birbaşa Bakı" E qrupunda "Real Çoholiks" (Slovakiya),...
ORXAN MƏMMƏDOV DÜNYA MİNİFUTBOL FEDERASİYASININ PREZİDENTİ İLƏ GÖRÜŞÜB
Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşüb. Görüş zamanı minifutbolun inkişafı,...
GƏNCLƏR VƏ İDMAN NAZİRİ DÜNYA MİNİFUTBOL FEDERASİYASININ PREZİDENTİNİ QƏBUL EDİB
Sentyabrın 8-də Gənclər və İdman naziri Fərid Qayıbov Dünya Minifutbol Federasiyasının prezidenti Filip Judanı qəbul edib. Görüş zamanı minifutbolun ölkəmizdə...
İKİNCİ DƏFƏ AVROPA ÇEMPİONU OLAN MİLLİMİZ ÜÇÜN ŞƏHƏR TURU TƏŞKİL OLUNUB (FOTOLAR)
Avropa çempionu olan minifutbol üzrə milli komandamızın zəfər turu təşkil olunub. Tur marşrutu boyunca paytaxt sakinləri və şəhər qonaqları Avropa...
İKİQAT AVROPA ÇEMPİONU OLAN MİLLİMİZ BAKIDA TƏNTƏNƏ İLƏ QARŞILANIB (FOTOLAR)
Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandası vətənə qayıdıb. Komandanın üzvləri Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə...
MİLLİMİZ İKİNCİ DƏFƏ AVROPA ÇEMPİONU OLDU (FOTOLAR)
Azərbaycan minifutbol millisi Avropa çempionatının qalibi olub. Yığmamız final görüşündə Ukrayna millisini Mirmehdi Rzayev və İsa Atayevin qolları ilə 2:0...
