AZƏRBAYCAN ÇEMPİONATININ PÜŞKATMA MƏRASİMİ KEÇİRİLİB
Minifutbol üzrə Azərbaycan çempionatının yeni mövsümünün püşkatma mərasimi keçirilib. Oktyabrın 1-də start veriləcək yarışda 14 komanda iştirak edəcək. Tədbirdə ilk olaraq ötən mövsümün final görüşü ilə bağlı videorolik nümaiş etdirilib və “Birbaşa Bakı”nın Çempionlar Liqasında qızıl medal qazanmasından söz açılıb. Daha sonra AMF-nın baş katibi Orxan Hüseynov “Birbaşa Bakı”nın futbolçusu Elvin Əlizadə 2024-cü ilin ən yaxşı futbolçusu mükafatını təqdim edib. Yarışın reqlamentinə əsasən qrup mərhələsi 13 həftə davam edəcək. 1/4 və yarımfinal mərhələsi isə 2 oyundan ibarət olacaq. Yeni qaydalara əsasən hər komandada 2001 təvəllüdlü oyunçu daxil edilməlidir. Azərbaycan çempionatı mart ayında yekunlaşacaq.
Daha sonra püşkatma mərasimi keçirilib. Püşkə əsasən ilk turun görüşləri bəlli olub.
I tur
“AzNur” – “Çinar Zəngilan”
“Altay Fizuli” – “Zirə”
“Sumqayıt” – “Atəşgah Suraxanı”
“Star Bakı” – “Siyəzən”
“Şamaxı” – “Laçın”
“Birbaşa Bakı” – “Göyçə”
“Bakı 145” – “Qalaksi”
Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək və İdman TV vasitəsi ilə canlı yayımlanacaq.
Daha çox
KLUBLARIMIZIN ÇEMPİONLAR LİQASINDAKI RƏQİBLƏRİ BƏLLİ OLUB
Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq Azərbaycan komandalarının qrup mərhələsindəki rəqibləri bəlli olub. "Birbaşa Bakı" E qrupunda "Real Çoholiks" (Slovakiya),...
ORXAN MƏMMƏDOV DÜNYA MİNİFUTBOL FEDERASİYASININ PREZİDENTİ İLƏ GÖRÜŞÜB
Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşüb. Görüş zamanı minifutbolun inkişafı,...
GƏNCLƏR VƏ İDMAN NAZİRİ DÜNYA MİNİFUTBOL FEDERASİYASININ PREZİDENTİNİ QƏBUL EDİB
Sentyabrın 8-də Gənclər və İdman naziri Fərid Qayıbov Dünya Minifutbol Federasiyasının prezidenti Filip Judanı qəbul edib. Görüş zamanı minifutbolun ölkəmizdə...
İKİNCİ DƏFƏ AVROPA ÇEMPİONU OLAN MİLLİMİZ ÜÇÜN ŞƏHƏR TURU TƏŞKİL OLUNUB (FOTOLAR)
Avropa çempionu olan minifutbol üzrə milli komandamızın zəfər turu təşkil olunub. Tur marşrutu boyunca paytaxt sakinləri və şəhər qonaqları Avropa...
İKİQAT AVROPA ÇEMPİONU OLAN MİLLİMİZ BAKIDA TƏNTƏNƏ İLƏ QARŞILANIB (FOTOLAR)
Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandası vətənə qayıdıb. Komandanın üzvləri Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə...
MİLLİMİZ İKİNCİ DƏFƏ AVROPA ÇEMPİONU OLDU (FOTOLAR)
Azərbaycan minifutbol millisi Avropa çempionatının qalibi olub. Yığmamız final görüşündə Ukrayna millisini Mirmehdi Rzayev və İsa Atayevin qolları ilə 2:0...
