ORXAN MƏMMƏDOV U-23 MİLLİSİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞDÜ
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Xorvatiyada keçiriləcək dünya çempionatında iştirak edəcək U-23 millisinin üzvləri ilə görüşüb. Görüşdə çıxış edən qurum rəhbəri gənc komandamızın mundialda iştirakının mühüm olduğunu vurğulayıb. Azərbaycanda minifutbolun sürətlə inkişaf etdiyini bildirən Orxan Məmmədov komandamızın potensialına inandığını və millinin ölkəmizi layiqincə təmsil edəcəyinə ümid etdiyini diqqətə çatdırıb. Federasiya prezidenti yığmamıza uğurlar arzulayaraq futbolçuların ölkəmizə parlaq qələbə ilə dönmələrini arzulayıb. Görüşdə çıxış edən U-23 millisinin baş məşqçisi Rəcəb Fərəczadə göstərilən diqqətə görə federasiya rəhbərinə təşəkkürünü çatdırdı. O, komandanın perspektivli futbolçulardan qurulduğunu və debüt ilində dünya çempionatında uğurlu nəticə göstərmək istədiklərini bildirdi. Görüşün sonunda birlikdə xatirə şəkli çəkdirildi. Xatırladaq ki, 23 yaşadək futbolçuların minifutbol üzrə dünya çempionatı oktyabrın 7-dən 10-na qədər Xorvatiyanın Malıy Loşin şəhərində keçiriləcək. 12 komandanın iştirak etdiyi yarışda millimiz B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə birlikdə mübarizə aparacaq. Millinin heyəti ölkə çempionatında fərqlənən gənc futbolçulardan təşkil olunub. Milliyə ən çox futbolçu “Sumqayıt”dan (4) çağırılıb. Gələcəkdə daha iddialı komanda yaratmaq məqsədi ilə yeni mövsümdə hər komandanın heyətində bir nəfər 23 yaşlı futbolçunun olması tələbi qoyulub.







Daha çox
AZƏRBAYCAN ÇEMPİONATININ PÜŞKATMA MƏRASİMİ KEÇİRİLİB
Minifutbol üzrə ölkə çempionatının püşkatma mərasimi keçirilib. Minifutbol üzrə 2026/27-ci il mövsümündə ölkə çempionatının püşkatma mərasimi keçirilib. Yeni mövsümdə 12...
MİLLİMİZ DÜNYA ÇEMPİONATINI 4-CÜ YERDƏ BAŞA VURDU (FOTOLAR)
Xorvvatiyanın Maliy Loşı şəhərində keçirilən U-23 üzrə dünya çempionatı başa çatıb. Yarışda iştirak edən milli komandamız 3-cü yer uğrunda qarşılaşmada...
MİLLİMİZ YARIMFİNAL MATÇINDA MƏĞLUB OLDU
Xorvatiyanın Malı Loşin şəhərindı keçirilən minifutbol üzrə U-23 dünya çempionatı davam edir. Yarışda mübarizə aparan milli komandamız bu gün yarımfinal...
MİLLİMİZDƏN NÖVBƏTİ QƏLƏBƏ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən minifutbol üzrə U-23 dünya çempionatında iştirak edən milli komandamız növbəti qələbəsini qazanıb. Slovakiya seçməsi ilə...
AZƏRBAYCAN MİLLİSİNDƏN NÖVBƏTİ QƏLƏBƏ
Xorvatiyanın Malıy Loş şəhərində keçirilən minifutbol üzrə U-23 dünya çempionatında yığmamız növbəti oyununa çıxıb. Birləşmiş Ərəb Əmirlikləri seçməsi ilə qarşılaşan...
MİLLİMİZ İKİNCİ MATÇINDA QALİB GƏLDİ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən U-23 üzrə dünya çempionatında milli komandamız növbəti oyununu keçirib. Çexiya yığması ilə qarşılaşan futbolçularımız rəqibini...
