BAKIDA DÜNYA MİNİFUTBOL FEDERASİYASININ BAŞ ASSAMBLEYASININ İCLASI KEÇİRİLİB (FOTOLAR)
Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının İclası keçirilib. İclasda Dünya Minifutbol Federaslyasına üzv olan bütün ölkələrin nümayəndələri iştirak edib. İclası açıq elan edən Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda gündəlik barədə məlumat verib. O, Bakı şəhərində keçirilən minifutbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Mundialın gözlənildiyindən də yaxşı səviyyədə keçirilməsinə görə ölkə rəhbərliyinə və Azərbaycan Minifutbol Federasiyasına minnətdarlığını çatdıran təşkilat rəsmisi bundan sonra beynəlxalq yarışlara ev sahibi etmək istəyən ölkələrə Azərbaycanı nümünə kimi göstərəcəklərini ifadə edib. Qeyd edək ki, Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının İclasında minifutbolla bağlı bir sıra mühüm məsələlərin müzakirəsi aparılaraq bu idman növünün inkişafı üçün vacib qərarlar qəbul edilib. Tədbirdə həmçinin 2024-cü ilin yekunları, təşkilata yeni üzv ölkələrin qəbulu və minifutbolun gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.





Daha çox
İLK TURA YEKUN VURULDU
Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub. İkinci oyun günündə "Star" Bakı "Siyəzən"i 5-2 hesabı ilə məğlub edib. "Lerik"...
AZƏRBAYCAN ÇEMPİONATINA START VERİLDİ
Minifutbol üzrə Azərbaycan çempionatına start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub. AZNUR - DİN İdman Cəmiyyəti oyununda hesab...
AZƏRBAYCAN ÇEMPİONATININ PÜŞKATMA MƏRASİMİ KEÇİRİLİB
Minifutbol üzrə ölkə çempionatının püşkatma mərasimi keçirilib. Minifutbol üzrə 2026/27-ci il mövsümündə ölkə çempionatının püşkatma mərasimi keçirilib. Yeni mövsümdə 12...
MİLLİMİZ DÜNYA ÇEMPİONATINI 4-CÜ YERDƏ BAŞA VURDU (FOTOLAR)
Xorvvatiyanın Maliy Loşı şəhərində keçirilən U-23 üzrə dünya çempionatı başa çatıb. Yarışda iştirak edən milli komandamız 3-cü yer uğrunda qarşılaşmada...
MİLLİMİZ YARIMFİNAL MATÇINDA MƏĞLUB OLDU
Xorvatiyanın Malı Loşin şəhərindı keçirilən minifutbol üzrə U-23 dünya çempionatı davam edir. Yarışda mübarizə aparan milli komandamız bu gün yarımfinal...
MİLLİMİZDƏN NÖVBƏTİ QƏLƏBƏ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən minifutbol üzrə U-23 dünya çempionatında iştirak edən milli komandamız növbəti qələbəsini qazanıb. Slovakiya seçməsi ilə...
