FEDERASİYA PREZİDENTİ MİLLİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞDÜ
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Avropa çempionatına yollanmağa hazırlaşan Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib. Görüş zamanı komandanın hazırlıq prosesi və qarşıdakı turnirlə bağlı məsələlər müzakirə olunub.
Milli komandanın baş məşqçisi Elşad Quliyev hazırlıq mərhələsi barədə hesabat təqdim edib. O, komandanın təlim-məşq toplanışını uğurla başa vurduğunu və futbolçuların turnirə yüksək motivasiya ilə hazırlaşdığını bildirib.
Federasiya prezidenti Orxan Məmmədov isə çıxışında milli komandaya inandığını vurğulayıb. O, futbolçulara qarşıdakı Avropa çempionatında uğurlu çıxış arzulayıb və Azərbaycanı layiqincə təmsil edəcəklərinə əmin olduğunu qeyd edib.
Qeyd edik ki, Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil olunacaq





Daha çox
MİLLİMİZ DÜNYA ÇEMPİONATINI 4-CÜ YERDƏ BAŞA VURDU (FOTOLAR)
Xorvvatiyanın Maliy Loşı şəhərində keçirilən U-23 üzrə dünya çempionatı başa çatıb. Yarışda iştirak edən milli komandamız 3-cü yer uğrunda qarşılaşmada...
MİLLİMİZ YARIMFİNAL MATÇINDA MƏĞLUB OLDU
Xorvatiyanın Malı Loşin şəhərindı keçirilən minifutbol üzrə U-23 dünya çempionatı davam edir. Yarışda mübarizə aparan milli komandamız bu gün yarımfinal...
MİLLİMİZDƏN NÖVBƏTİ QƏLƏBƏ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən minifutbol üzrə U-23 dünya çempionatında iştirak edən milli komandamız növbəti qələbəsini qazanıb. Slovakiya seçməsi ilə...
AZƏRBAYCAN MİLLİSİNDƏN NÖVBƏTİ QƏLƏBƏ
Xorvatiyanın Malıy Loş şəhərində keçirilən minifutbol üzrə U-23 dünya çempionatında yığmamız növbəti oyununa çıxıb. Birləşmiş Ərəb Əmirlikləri seçməsi ilə qarşılaşan...
MİLLİMİZ İKİNCİ MATÇINDA QALİB GƏLDİ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən U-23 üzrə dünya çempionatında milli komandamız növbəti oyununu keçirib. Çexiya yığması ilə qarşılaşan futbolçularımız rəqibini...
MİLLİMİZ İLK OYUNDA HEÇ-HEÇƏ ETDİ
Xorvatiyanın Malıy Lojni şəhərində minifutbol üzrə U-23 dünya çempionatı start götürüb. 8 ölkənin iştirak etdiyi dünya çempionatında milli komandamız da...
