MİLLİNİN AVROPA ÇEMPİONATI ÜÇÜN YEKUN HEYƏTİ AÇIQLANIB
Azərbaycanın minifutbol üzrə milli komandası 27 may – 4 iyun tarixlərində Bratislava şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Bununla əlaqədar olaraq bu gün Bakı Tennis Akademiyasının meydançasında milli komandanın media nümayəndələri üçün açıq məşqi təşkil olunub. Tədbirdə yığmanın baş məşqçisi Elşad Quliyev Avro-2026 üçün yekun heyəti açıqlayıb.
Təcrübəli mütəxəssis komandanın hazırlıq prosesi və qarşıdakı turnirdəki hədəflər barədə jurnalistlərə məlumat verib. Milli komandanın üzvləri Vəli Qafarov və Ramiz Çovdarov da Avropa çempionatı ilə bağlı fikirlərini bölüşərək komandanın turnirə tam hazır olduğunu bildiriblər.
Millinin heyəti:
Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov, Eşqin Tağıyev.











Daha çox
MİLLİMİZ DÜNYA ÇEMPİONATINI 4-CÜ YERDƏ BAŞA VURDU (FOTOLAR)
Xorvvatiyanın Maliy Loşı şəhərində keçirilən U-23 üzrə dünya çempionatı başa çatıb. Yarışda iştirak edən milli komandamız 3-cü yer uğrunda qarşılaşmada...
MİLLİMİZ YARIMFİNAL MATÇINDA MƏĞLUB OLDU
Xorvatiyanın Malı Loşin şəhərindı keçirilən minifutbol üzrə U-23 dünya çempionatı davam edir. Yarışda mübarizə aparan milli komandamız bu gün yarımfinal...
MİLLİMİZDƏN NÖVBƏTİ QƏLƏBƏ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən minifutbol üzrə U-23 dünya çempionatında iştirak edən milli komandamız növbəti qələbəsini qazanıb. Slovakiya seçməsi ilə...
AZƏRBAYCAN MİLLİSİNDƏN NÖVBƏTİ QƏLƏBƏ
Xorvatiyanın Malıy Loş şəhərində keçirilən minifutbol üzrə U-23 dünya çempionatında yığmamız növbəti oyununa çıxıb. Birləşmiş Ərəb Əmirlikləri seçməsi ilə qarşılaşan...
MİLLİMİZ İKİNCİ MATÇINDA QALİB GƏLDİ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən U-23 üzrə dünya çempionatında milli komandamız növbəti oyununu keçirib. Çexiya yığması ilə qarşılaşan futbolçularımız rəqibini...
MİLLİMİZ İLK OYUNDA HEÇ-HEÇƏ ETDİ
Xorvatiyanın Malıy Lojni şəhərində minifutbol üzrə U-23 dünya çempionatı start götürüb. 8 ölkənin iştirak etdiyi dünya çempionatında milli komandamız da...
