DÜNYA KUBOKU “BAKU-2025″İN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

Azərbaycan Minifutbol Federasiyası ölkəmizdə idmanın bu növünü inkişaf etdirmək və daha da populyarlaşdırmaq məqsədi ilə geniş tədbirlər həyata keçirir. Belə tədbirlər arasında müxtəlif səviyyəli beynəlxalq yarışların Azərbaycanda keçirilməsi  xüsusi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, federasiyanın 2025-ci il dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı müraciəti müsbət cavablanıb və gələn il mundial paytaxtımızda təşkil olunacaq.  Bununla bağlı Dünya Kuboku “BAKI-2025”-in təqdimat mərasimi təşkil olunub. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra tədbirin aparıcısının təqdimat mərasimi bağlı açılış nitqi olub. Bu zaman 1 il əvvəl Bakıda keçirilmiş və yüksək təşkilatçılıq səviyyəsinə görə Dünya Minifutbol Federasiyasının diqqətini cəlb etmiş ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir haqqında videoçarx nümayiş olunub. Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbovun açılış nitqi Azərbaycanda keçirilən müxtəlif beynəlxalq yarışların yüksək səvviyədə keçirilməsinə həsr olunub. Daha sonra Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun  “Bakı-2025” Dünya çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı çıxışı olub. Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda isə Dünya çempionatının ölkəmizə həvalə olumması ilə bağlı çıxış edib. Rəsmi çıxışlardan sonra 2025-ci il minifutbol üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovla Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda arasında anlaşma memorandumu imzalanıb. Həmçinin dünya çempionatının təşkilatçılığı ilə bağlı Azərbaycan Minifutbol Federasiyası ilə Bakı Şəhər Halqası arasında da müqavilə imzalanıb. İmzalanma mərasimindən sonra Azərbaycan haqqında xüsusi videoçarxın nümayişi olub. Tədbirdə həmçinin 2022-ci ildə Slovakiyada keçirilən Avropa çempionatında qızıl medalları qazanan minifutbol üzrə milli komandamızın üzvlərinə idman ustası medalları və vəsiqələri təqdim olunub. Tədbirin sonunda Azərbaycan Minifutbol Federasiyasının rəsmi internet səhifəsinin (minifutbol.az, minifootball.az) fəaliyyətə başlaması ilə bağlı videoçarx nümayiş olunub.

Previous post JURNALİSTLƏRDƏN İBARƏT KOMANDAMIZ AVROPA MEDİA KUBOKUNUN QALİBİ OLUB
Next post ORXAN MƏMMƏDOV: “DÜNYA ÇEMPİONATININ BAKIDA KEÇİRİLMƏSİ BİZİM ÜÇÜN ÇOX VACİBDİR”