MİLLİMİZİN BAŞ MƏŞQÇİSİ: “BÜTÜN DİQQƏTLƏR BİZİM ÜZƏRİMİZDƏ OLACAQ”
Minifutbol üzrə milli komandamızın baş məşqçisi Avropa çempionatı öncəsi jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis əsas hədəflərinin ən azı finala çıxmaq olduqlarını deyib:
“Bütün diqqətlər bizim üzərimizdə olacaq. Hədəfimiz ən azı finala çıxmaqdır. Güclü komandalarla eyni qrupa düşmüşük. Xatırlatmaq istəyirəm ki, biz də dünya reytinqində ikinci sırada qərarlaşmışıq. Ən güclü komandalardan biri Azərbaycandır. İtkisiz qrupu uğurla başa vurmaq istəyirik. Qrupdakı çıxışlarımızdan sonra necə mübarizə aparacağımız görünəcək. İki aydır Avropa çempionatına hazırlaşırıq. Bu müddət ərzində çempionat matçları olduğu üçün məşqləri fasilələrlə edirdik. Hər şey qaydasındadır. Komanda yaxşı vəziyyətdədir. Sabah Bakıdakı sonuncu məşqimiz olacaq. Qarşıda bizi çətin oyunlar gözləyir. İnşallah, hazırlıqlarımızın bəhrəsini görəcəyik”.
Daha çox
İLK TURA YEKUN VURULDU
Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub. İkinci oyun günündə "Star" Bakı "Siyəzən"i 5-2 hesabı ilə məğlub edib. "Lerik"...
AZƏRBAYCAN ÇEMPİONATINA START VERİLDİ
Minifutbol üzrə Azərbaycan çempionatına start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub. AZNUR - DİN İdman Cəmiyyəti oyununda hesab...
AZƏRBAYCAN ÇEMPİONATININ PÜŞKATMA MƏRASİMİ KEÇİRİLİB
Minifutbol üzrə ölkə çempionatının püşkatma mərasimi keçirilib. Minifutbol üzrə 2026/27-ci il mövsümündə ölkə çempionatının püşkatma mərasimi keçirilib. Yeni mövsümdə 12...
MİLLİMİZ DÜNYA ÇEMPİONATINI 4-CÜ YERDƏ BAŞA VURDU (FOTOLAR)
Xorvvatiyanın Maliy Loşı şəhərində keçirilən U-23 üzrə dünya çempionatı başa çatıb. Yarışda iştirak edən milli komandamız 3-cü yer uğrunda qarşılaşmada...
MİLLİMİZ YARIMFİNAL MATÇINDA MƏĞLUB OLDU
Xorvatiyanın Malı Loşin şəhərindı keçirilən minifutbol üzrə U-23 dünya çempionatı davam edir. Yarışda mübarizə aparan milli komandamız bu gün yarımfinal...
MİLLİMİZDƏN NÖVBƏTİ QƏLƏBƏ
Xorvatiyanın Malı Loşın şəhərində keçirilən minifutbol üzrə U-23 dünya çempionatında iştirak edən milli komandamız növbəti qələbəsini qazanıb. Slovakiya seçməsi ilə...
