“BİRBAŞA BAKI”NIN BAŞ MƏŞQÇİSİ: “QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ”
Polşanın Varşava şəhərində keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi “Birbaşa Bakı” klubu vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın baş məşqçisi Dan-Mitu Mariuş açıqlama verib:
“Çox çətin turnir idi. Komandamız ən çətin qrupa düşmüşdü. Biz birinci pilləni tuta bildik. Bir az da bəxtimiz gətirdi. Bəxt önəmli amildir. Bir oyunun penaltilərlə udduq. Penalti zərbələrinə öncədən hazırlaşmışdıq. Elmar penaltilərdə qapıda idi. Ona rəqiblərin hansı tərəfə vuracağına qədər hazırlaşmışdıq. Təbii ki, bəxt də bizə kömək etdi. Oyun ərzində “Brno”dan yaxşı oynadıq, yaxşı performans göstərdi. Çempionlar Liqasında qalib olmaq bizim haqqımız idi. Ümumilikdə komandamız yaxşı oynadı. Bu turniri qalib gəlmək haqqımız idi. Orada ən layiqli komanda biz idik.Hələlik 2 gün istirahətimiz var. Ondan sonra yerli çempionatın hazırlıqlarına başlayacağıq”.
Rumıniyalı məşqçi minifutbol üzrə Çempionlar Liqasında hegemonluğun addımının ötən ildən atıldığını deyib: “Keçən ildən Çempionlar Liqasında Azərbaycan klubları hegemonluq yaratmağa başlamışdı. Keçən il “Zirə” üçüncü yeri tutmuşdu. Biz də orada iştirak etdik. Bu dəfə də çempion olduq. Rumıniya və digər klublar Azərbaycan təmsilçilərindən qorxmağa başlamalıdır. “Birbaşa Bakı”nı dünya minifutbol xəritəsinə daxil edəcəyik. Növbəti ildə də bu turniri qazanmağa çalışacağıq”.
Daha çox
İKİNCİ DƏFƏ AVROPA ÇEMPİONU OLAN MİLLİMİZ ÜÇÜN ŞƏHƏR TURU TƏŞKİL OLUNUB (FOTOLAR)
Avropa çempionu olan minifutbol üzrə milli komandamızın zəfər turu təşkil olunub. Tur marşrutu boyunca paytaxt sakinləri və şəhər qonaqları Avropa...
İKİQAT AVROPA ÇEMPİONU OLAN MİLLİMİZ BAKIDA TƏNTƏNƏ İLƏ QARŞILANIB (FOTOLAR)
Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandası vətənə qayıdıb. Komandanın üzvləri Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə...
MİLLİMİZ İKİNCİ DƏFƏ AVROPA ÇEMPİONU OLDU (FOTOLAR)
Azərbaycan minifutbol millisi Avropa çempionatının qalibi olub. Yığmamız final görüşündə Ukrayna millisini Mirmehdi Rzayev və İsa Atayevin qolları ilə 2:0...
MİLLİMİZ AVROPA ÇEMPİONATININ FİNALINDA (FOTOLAR)
Bratislavada keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası yarımfinal mərhələsində Serbiya yığması ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada hesabı...
AZƏRBAYCAN-ÇEXİYA 5-2 (VİDEOİCMAL)
Minifutbol üzrə milli komandamız Avropa çempionatının 1/4 finalında Çexiya futbolçularını 5-2 hesabı ilə məğlub edib. Həmin oyunun videoicmalını təqdim edirik....
MİLLİMİZ AVROPA ÇEMPİONATININ YARIMFİNALINDA (FOTOLAR)
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiyanı...
