TƏMKİN XƏLİLZADƏ: “ŞADAM Kİ, VƏTƏNƏ KUBOKLA QAYITDIQ”
“Çox maraqlı və ağır turnir oldu”.
Bunu “Birbaşa Bakı” minifutbol komandasının oyunçusu Təmkin Xəlilzadə Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.
O, minifutbol üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Birbaşa Bakı” klubunun çempionluğunu şərh edib. Xəlilzadə bildirib ki, futbolçular 4 günə 7 oyun keçiriblər: “Bakıda ay yarım idi ki, mübarizə aparırdıq. Yaxşı yoldaşlıq görüşləri keçirdik. Sevindirici haldır ki, bütün bu əziyyətlərimiz öz bəhrəsini verdi. Çempionlar Liqasında məşqçimizin dediyi hər bir şeyi yerinə yetirməyi bacardıq. Zədəli olan futbolçularımız var idi. Bir çoxumuz artıq yorulmuşduq. Amma buna baxmayaraq, sonadək mübarizə aparmağı bacardıq. Bu gün Vətənimizə kubokla qayıtdığımız üçün xoşbəxtəm”.
Çempionatın ən yaxşı oyunçusu seçilən Xəlilzadə bildirib ki, bu nəticə onun üçün böyük əhəmiyyət daşımır: “Mənim üçün bu nəticənin heç bir fərqi yox idi. Əsas məsələ komanda olaraq, bu nəticəni əldə etmək idi”.
Qeyd edək ki, turnirin həlledici matçında “BKMK Brno” (Çexiya) ilə qarşılaşan təmsilçimiz rəqib üzərində 2:1 hesabla qələbə qazanaraq Çempionlar Liqasının qalibi olub.
Daha çox
“BUXAR” SUMQAYIT AVROPA KUBOKU İLƏ VİDALAŞDI
Ölkəmizi EMF Avropa Kuboku turnirində təmsil edən "Buxar" Sumqayıt komandası turnirdə 3-cü oyununu keçirib. Komandamız Bosniya və Hersoqovinanın "Delinqs İkon"...
“BUXAR SUMQAYIT” AVROPA KUBOKUNA MƏĞLUBİYYƏTLƏ BAŞLADI
“Buxar Sumqayıt” EMF Avropa Kubokunda ilk oyununa çıxıb. Azərbaycan təmsilçisi İspaniyanın Kambrils şəhərində keçirilən turnirdə Polşanın “Aldak 422” komandası ilə...
“ZİRƏ” ÇEMPİONLAR LİQASINDA ÇIXIŞINI BAŞA VURDU
İspaniyanın Kambrils şəhərində minifutbol üzrə Çempionlar Liqası davam edir. Turnirdə son olaraq mübarizəni davam etdirən Azərbaycan çempionu “Zirə” də Çempionlar...
“ZİRƏ” ÇEMPİONLAR LİQASININ 1/4 FİNALINDA
“Zirə” minifutbol üzrə Çempionlar Liqasında 1/8 final oyununa çıxıb. Azərbaycan təmsilçisi bu raundda Monteneqronun “Sbbet” komandası ilə üz-üzə gəlib. Əsas...
“BİRBAŞA BAKI” VƏ “ZİRƏ” ÇEMPİONLAR LİQASININ PLAY-OFF MƏRHƏLƏSİNDƏ
Minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. Təmsilçilərimizdən “Aznur” mübarizəni dayandırıb. “Birbaşa Bakı” və “Zirə” komandaları isə turnirin...
“ZİRƏ” VƏ “BİRBAŞA BAKI” QALİB GƏLDİ, AZNUR MÜBARİZƏNİ DAYANDIRDI
"Birbaşa Bakı” minifutbol üzrə Çempionlar Liqasında ikinci matçını keçirib. Azərbaycan təmsilçisi E qrupunda Macarıstanın “Çikaqo Bandur” klubunu 3:0 məğlub edib....
