NAZİR VƏ FEDERASİYA PREZİDENTİ “BİRBAŞA BAKI”NIN KOLLEKTİVİ İLƏ GÖRÜŞDÜ
Bu gün Gənclər və İdman naziri cənab Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Polşada təşkil olunan minifutbol üzrə Avropa Çempionlar Liqasının qalibi “Birbaşa Bakı”komandası ilə görüşüb. Görüşdə məşqçi və futbolçuların yarışla bağlı təəssüratlarını dinlənilib. Ölkəmizi turnirdə layiqincə təmsil etdiklərinə və qazanılan yüksək nailiyyətə görə onları təbrik edən nazir və federasiya prezidenti bu qələbənin ölkəmizdə minifutbolun inkişafının bariz nümunəsi kimi qiymətləndiriblər. Fərid Qayıbovun sözlərinə görə milli komandamızın Avropa çempionu olduqdan sonra minifutbola maraq artıb. Federasiyanın gördüyü işləri, milli çempionatı yüksək səviyyədə keçirməsinin nəticəsidir ki, klublarımız və millimiz beynəlxalq arenada uğurlu nəticələr əldə ediblər. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov xoş sözlərə görə nazirə təşəkkürünü çatdırdı. Bütün idman növlərində olduğu kimi minifutbola da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edən edən federasiya rəhbəri bu amilin uğurların qazanılması üçün əlavə stimulm olduğunu dedi. “Birbaşa Bakı” komandasının təsisçisi Ramin Hacıyev isə nazir və federasiya prezidentinə xoş sözlərə və diqqətə görə minnətdarlığını bildirdi. Komandanın Çempionlar Liqasının qələbə qazanmasını Azərbaycanın bir daha idman ölkəsi olmasıı ilə əlaqələndirən klub rəsmisi gələcəkdə beynəlxalq arenalarda uğur qazanmaq üçün daha səylə çalışacaqlarını vurğuladı. Görüşdə həmçinin komanda üzvləri yarışla bağlı təəssüratlarını bölüşüblər. Sonda “Birbaşa Bakı” komandasının forması nazir Fərid Qayıbova təqdim olundu və xatirə şəkli çəkdirildi.